XƏBƏRLƏR

SABAH tələbəsi FutureFem 2.0 layihəsində uğur qazanıb

TƏLƏBƏLƏR

27 Fevral 2026

SABAH tələbəsi “FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsində uğur qazanıb.

Azercell şirkətinin dəstəyi, Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsində SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aytac Həsənova  imtahan mərhələsini müvəffəqiyyətlə tamamlayaraq proqrama qəbul olunmuşdur.  

 O, proqram çərçivəsində sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı əldə etmişdir. Layihə çərçivəsində iştirakçılar ilkin seçim və imtahan mərhələlərindən keçərək məntiqi düşünmə, dünyagörüşü və sahibkarlıq bacarıqlarını nümayiş etdirmişlər.